Yeni mövsümdə I Divizionda mübarizə aparacaq "Şamaxı"da ayrılıq gerçəkləşib.
Sportal.az xəbər verir ki, yarımmüdafiəçi Əli Səmədov bölgə təmsilçisini tərk edib.
26 yaşlı futbolçunun karyerasını harada davam etdirəcəyi də məlumdur. Saytımıza verilən məlumata görə, Səmədov "Kəpəz"ə qayıdıb. Qısa zamanda rəsmi açıqlama olacaq.
Qeyd edək ki, Əli Səmədov qış fasiləsində "Kəpəz"dən "Şamaxı"ya keçmişdi. O, "şirlər"in heyətində 14 Premyer Liqa matçında meydana çıxıb.
saytlarin hazirlanmasi