Mateus Saldaniyanın qəfil gedişindən sonra "Neftçi"nin hücumçu axtarışları bəhrə verib.
Sportal.az Sportinfo.az-a istinadən xəbər verir ki, paytaxt klubu artıq bir neçə gündür danışıqlar apardığı Aaron Olanare ilə bütün məsələlərdə anlaşıb.
Son məlumata görə, forvard dünən gecə Bakıya ayaq qoyub.
O, hazırda "Liv Bona Dea Hospital"ında həkim müayinəsindən keçir.
Futbolçunun sağlamlığında hər hansı problem çıxmazsa, transfer ən yaxın vaxtda ictimaiyyətə açıqlanacaq.
29 yaşlı legionerin son klubu "Ərzurumspor" olub.
Türkiyə klubunun heyətində son mövsümdə meydana çıxdığı 23 rəsmi matçda 4 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Afrikalı hücumçu ölkəsinin millisində 7 oyun keçirib və 2 qolla yadda qalıb.
saytlarin hazirlanmasi