Rusiyada çıxış edən həmyerlimizin Azərbaycan klubuna keçidi baş tutmadı

13:51 - 18 Sentyabr 2023

"Krasnodar"ın yetirməsi olan Ruslan Rzayev karyerasını Azərbaycanda davam etdirmək şansına sahib olub.

Sportal.az saytına verilən məlumata görə, yarımmüdafiəçi “Sumqayıt”a keçməyə yaxın imiş. Amma sonda onun keçidi baş tutmayıb. Belədə, 25 yaşlı futbolçu hazırda formasını geyindiyi “SKA Rostov”da qalmağa üstünlük verib.

“Krasnodar” futbol akademiyasının yetirməsi 2015-2021-ci illərdə əsas komandanın futbolçusu olsa da, daha çox “Krasnodar-2”, “Krasnodar-3”də oynayıb. “Armavir”, “Kuban-Holdinq”də də çıxış etmiş Ruslan 2022-ci ildən “SKA Rostov”a məxsusdur.

Futbolçu əslən azərbaycanlıdır. Ona AFFA-dan bir neçə dəfə dəvət olsa da, yığmamızın formasını geyinməsi reallaşmamışdır.

 

Xəbər xətti