"Qarabağ" uzun müddətdir ki, zədədən əziyyət çəkən futbolçusuna qovuşub.
Sportal.az xəbər verir ki, söhbət Bəhlul Mustafazadədən gedir.
Zədəli olduğu üçün Azərbaycan milli komandasının son görüşlərinə də cəlb edilməyən Bəhlul artıq kollektivlə məşqlərə qoşulub.
Sağaldıqdan sonra fərdi məşq edən Mustafazadə üç gündən sonra kollektivlə məşqlərə qoşulub. Amma onun Premyer Liqanın 10-cu turunun "Turan Tovuz" və Avropa Liqasının üçüncü turunun "Bayer"lə görüşündə meydana çıxıb-çıxmayacağı dəqiq deyil.
saytlarin hazirlanmasi