Serbiya mətbuatı Qurban Qurbanovdan yazdı: "Komandamızı AVRO-dan etdilər"

20:19 - 18 Oktyabr 2023

Serbiya mətbuatı millinin Avropa çempionatının seçmə mərhələlərində uğursuz çıxışlarını xatırlayaraq, AVRO-2004-ün, hələ ölkə Serbiya və Çernoqoriya adlanan vaxtı Azərbaycan yığması ilə keçirilmiş oyunlarına toxunub.

Sportal.az xəbər verir ki, “Kurir” nəşri Podroqitsa və Bakıda keçirilmiş oyunlar haqda yazıb. Onlar Qurban Qurbanovun hər iki görüşdə fərqlənməsini qabardıb: 

"Qurban Qurbanovu xatırlayırsız? Azərbaycan millisi Avropa futbolunda heç də yüksək yerlərdə deyildi. Amma Deyan Saviceviçin rəhbərliyi altında Serbiya və Monteneqronun bu komandaya qarşı keçirdiyi oyunlar böyük biabırçılıq və tarixi uğursuzluğa çevrildi. Meydan sahiblərinin iki qol üstünlüyünə baxmayaraq, Qurban Qurbanovun dubl etdiyi Podqoritsada Azərbaycanla heç-heçə (2:2), eyni zamanda Bakıda Qurban Qurbanovun 88-ci, Fərrux İsmayılovun isə 90+1-ci dəqiqədə fərqlənərək Serbiyanı AVRO-dan etdilər. Saviceviçin komandası İtaliya (17 xal) və Uelsdən (13 xal) geri qalaraq 12 xalla üçüncü yeri tutmuşdu və Azərbaycanla matçlardakı xal itkiləri baha başa gəlmişdi".

Mirbağırağa
 

Xəbər xətti