“Mançester Siti”nin yarımmüdafiəçisi Rodri Hernandes eyni mövqedə çıxış edən “Barselona”nın keçmiş futbolçusu Serxio Busketslə müqayisə edildiyi haqda fikirlərini bölüşüb.
Sportal.az xəbər verir ki, “COPE”yə açıqlama verən 27 yaşlı futbolçu bunları deyib: “Mən ondan da yaxşı olmaq istəyərdim. Amma biz bütün zamanların ən böyük dayaq yarımmüdafiəçilərindən danışırıq. Heç olmasa onun səviyyəsinə çatsam da, yaxşıdır”.
Xatırladaq ki, Buskets ötən yay “Barselona”dan “İnter Mayami”yə keçib.
saytlarin hazirlanmasi