Avstriya milli komandasının hücumçusu Saşa Kalayciç AVRO-2024-ün seçmə mərhələsinin F qrupunda Bakıda keçirilən oyunda (1:0) Azərbaycan yığmasının müdafiəçisi Toral Bayramovun əldən verdiyi şansı şərh edib.
Sportal.az xəbər verir ki, “LAOLA1”ə açıqlama verən forvard həmin epizodla bağlı bunları deyib:
"Hamımız şokda idik. Birdən qapının qarşısında özünü tək gördüm və heç kimin necə olacağı barədə heç bir fikri yox idi. Yəqin ki, Azərbaycan millisinin futbolçusu topu artıq torda görürdü. Onun bu şansı əldən verdiyinə sevindim".
Qeyd edək ki, Avstriya millisi Bakıdakı matçda Marsel Sabitzerin penaltidən vurduğu qolla qələbə qazanmışdı.
Mirbağırağa
saytlarin hazirlanmasi