"Sabah"ın legioneri: "İki il əvvəl mənə "Qarabağ"dan təklif gəlmişdi"

12:58 - 19 Oktyabr 2023

"Mərakeş millisindən dəvət olarsa, hər zaman oynamağa hazıram. Amma hazırda bütün diqqətimi “Sabah”a yönəltmişəm. Düzdür, mövsümə uğursuz başlamışıq, amma inanıram ki, hər şey yaxşı olacaq”.

Sportal.az xəbər verir ki, bu sözləri “Sabah”ın müdafiəçisi Sofian Çakla deyib. “CBC Sport”da yayımlanan “Legioner” verilişinə qonaq olan mərakeşli Masazır klubuna transferinin baş tutmasından, həmçinin bir neçə il əvvəl "Qarabağ"dan təklif almasından söhbət açıb: 

"Sabah"a gələndə çox yaxşı qarşılandım. Mənimlə eyni dildə, ispanca danışan xeyli komanda yoldaşım var idi. Onlar məni səmimi qarşıladı, məşqçi heyəti də həmçinin. Ümid edirəm ki, “Sabah”da uzun illər keçirərəm. İki il əvvəl mənə “Qarabağ”dan təklif gəlmişdi. Həmin illər Belçika və İspaniyada oynadığım üçün bu təklifi qəbul etməmişdim. Onda Abdullah Zubirdən məlumat öyrənmişdim. Şəhər və futbolun inkişafı haqda söhbət etmişdik, Bakıya gələndə az da olsa, iməlumatım var idi”.  

Çakla “Sabah”ın avrokuboklarda bu mövsümkü çıxışını xatırlayıb və komandasının məqsədlərindən danışıb: "Azərbaycan çempionatı çox çətindir. Fiziki hazırlığa çox üstünlük verilir. Meydanda hər şeyini qoymasan, qələbə qazanmaq mümkün deyil. Məqsədimizə gəlincə, hər şey uğrunda vuruşacağıq. Xəyaldır, amma onları həyata keçirmək üçün çalışmalısan. Avrokuboklarda ən böyük çatışmazlıq təcrübəsizlik idi. Bir oyunda qalib gəlmisənsə, keçmişdi qaldı. Bu nəticə bizə böyük dərs oldu".

"Vilyareal"ın sabiq üzvü komandanın çalışdırıcısı haqda da fikirlərini söyləyib: "Sabah" və Murad Musayev bir-birini çox yaxşı tamamlayır. Hər ikisi iddialıdır, nə varsa, onu qazanmaq istəyirlər. Mən məşqçimizin işə yanaşmasından, futbol bilgisindən çox razıyam. Düşünürəm ki, “Sabah” onunla çox böyük uğurlara imza atacaq".

Mirbağırağa
 

Xəbər xətti