İtaliya mətbuatında Avropa Liqasının bu mövsüm qrup mərhələsində yer alan komandaların sıralaması və perspektivləri dəyərləndirilib.
Sportal.az xəbər verir ki, "Tutto Atalanta" "Qarabağ"ın da ilk iki turdakı uğurlu çıxışını qeyd edib:
"Atalanta", "Liverpul", "Roma", "Bayer"(Leverkusen), "Vest Hem", "Slaviya"(Praqa) və "Qarabağ" mümkün altı xaldan hamısını toplayaraq ilk iki turdan sonra parıltı saçırlar. Onların mükəmməl çıxışı qrup mərhələsində dominantlıq etmək niyyətlərindən xəbər verir.
G və H qrupları deyəsən, artıq liderlərini müəyyən ediblər: bir tərəfdə “Roma” və “Slaviya”, digər tərəfdə “Bayer” və “Qarabağ”. Bu arada "Liverpul" “Tuluza” və “Union”u geridə qoyaraq, öz qrupunda liderliyə yüksəlib".
Qeyd edək ki, "Qarabağ" Avropa Liqasının ilk turunda "Molde", ikinci turunda isə "Hekken"ə 1:0 hesabı ilə qalib gəlib.
Mirbağırağa