Leroy Sane "Bavariya"da ötən ayın futbolçusu seçilib.
Sportal.az xəbər verir ki, azarkeşlərin 39 faizi almaniyalı yarımmüdafiəçiyə səs verib.
O, səsvermədə MatisTell (23%) və Harri Keyni (13%) qabaqlayıb.
Sentyabrda Sane Bundesliqada 4, Çempionlar Liqasında isə 1 oyun keçirib və 4 qol vurmağı bacarıb. Daha əvvəl futbolçunun "Bavariya"da qalmağa hazır olduğu bildirilib.