Əlcəzair çempionatı Qəzza zolağında baş verən hadisələrə görə dayandırılıb.
Sportal.az xəbər verir ki, ölkədə heç bir liqada oyunlar keçirilməyəcək.
Əlcəzair Futbol Federasiyası məsələ ilə bağlı bəyanət yayıb: "Əlcəzair Futbol Federasiyası (FAF) güclü və qardaş Fələstin xalqına həmrəylik, Qəzza zolağında işğal olunmuş Fələstin xalqına qarşı təcavüz nəticəsində şəhidlərin ruhuna hörmət əlaməti olaraq, növbəti xəbərdarlığa qədər bütün futbol turnirlərini dayandırılır".
Ötən həftə Fələstin millisinin qarşıdakı oyunlarını Əlcəzairdə keçirəcəyi deyilirdi. Belə ki, Əlcəzair Futbol Federasiyası Fələstin millisinin bütün bütün xərclərini öz üzərinə götürəcəyini açıqlamışdı.
saytlarin hazirlanmasi