"Dünya futbolunda yeganə kumirim idi"

10:18 - 19 Oktyabr 2023

"Tottenhem" və İsveç millisinin yarımmüdafiəçisi Deyan Kuluşevski "Çelsi"nin və Belçika millisinin sabiq futbolçusu Eden Azar haqda danışıb.

Sportal.az xəbər verir ki, isveçli “talkSPORT”a açıqlamasında belçikalını öz kumiri adlandırıb:

"Azar dünya futbolunda yeganə kumirim idi. O, inanılmazdır, ən çox sevdiyim futbolçu idi. Futbol əsl sevgidir. Onun oyununu izlədiyimiz zaman mənə və bir çox insana həqiqi xoşbəxtlik bəxş etmişdi. Eden inanılmaz futbolçu idi. Məktəbə getdiyimi və necə sevindiyimi xatırlayıram. Çünki dərsdən sonra onun ifasında oyun var idi. Günlər daha tez keçdi və o, oynayanda mən sadəcə həzz alırdım".

Azar karyerasını başa vurduğunu açıqlayıb.

Xəbər xətti