"Roma"nın hücumçusu Serdar Azmunun meneceri Armand Durn iranlının at yarışlarına mərc qoyuluşu etməsi barədə yayılan məsələlər haqda heç nə bilmədiyini deyib.
Sportal.az xəbər verir ki, "РБ Спорт"a danışan futbol agenti İran millisinin üzvünün atlara olan marağından söhbət açıb:
"Sərdarın at yarışlarına mərc edə biləcəyi barədə heç nə bilmirəm. Amma hamıya məlumdur ki, Azmun atları çox sevir və İranda çoxlu atlara sahibdir. O, futbol matçlarına baxmağı sevdiyi kimi atların çapılmasını izləməyi də sevir".
Müqavilə ilə "Bayer"ə məxsus olan Azmun “Roma”da icarə əsasında çıxış edir. Bu mövsüm iranlı İtaliya klubunun heyətində bütün turnirlərdə üç görüşə çıxıb, qol vurmayıb.
saytlarin hazirlanmasi