Macarıstan çempionu "Ferentsvaroş"un Kilan Lebonu transfer etmək istəməsi haqda xəbər vermişdik.
Sportal.az saytına verilən məlumata görə, bu keçid yaxın vaxtlarda baş tutmayacaq. Məsələ burasındadır ki, Lebon "Neftçi"də qalmaq istəyib. Bununla bərabər, macarlar yarımmüdafiəçinin keçidini bu qışda reallaşdırmağa can atmayıb. Çünki futbolçunun müqaviləsi yayda başa çatır.
Amma bakılılar Lebonun müqaviləsini artıra da bilər. Bu baş verərsə, Macarıstan nəhəngi Lebon üçün "Neftçi"yə pul ödəməli olacaq. Amma macarlar yarımmüdafiəçi üçün pul xərcləməyə də müsbət yanaşır. Sadəcə transferi ən yaxşı halda, yayda müzakirə etməyi lazım biliblər.
Qeyd edək ki, Sent-Martin millisinin üzvü bu il yanvar ayında "Astana"dan ayrılaraq "Neftçi" ilə müqavilə imzalamışdı.
saytlarin hazirlanmasi