"İnter Mayami"nin baş məşqçisi Xerardo Martino klubun Luis Suaresi transfer etmək istəyində olduğunu təsdiqləyib.
Sportal.az xəbər verir ki, MLS təmsilçisi 36 yaşlı forvard üçün hərəkətə keçib. Bu barədə klubun argentinalı baş məşqçisi "ESPN"ə açıqlamasında danışıb:
"Növbəti mövsümlə bağlı planlarımız var. Bizə lazım olanlar haqqında danışırıq. Yeni sezonu Luisli və ya Luissiz variantı nəzərdən keçiririk. "İnter Mayami"in Suarezlə bağlı vəziyyətinə aydınlıq gətirmək haqda müvafiq istiqamətdə hərəkət etməyə hazır olacağıq".
Daha əvvəl Suaresin dekabrda "Qremio"dan ayrılmaq istədiyi bildirilmişdi. Halbuki, onun Porto Aleqre klubu ilə daha biri illik müqaviləsi var. Bu mövsüm forvard 27 matçda 9 qol vuraraq komandanın bombardiridir. “Qremio” hazırda Braziliya A Seriyasında üçüncüdür.
saytlarin hazirlanmasi