Fransalı siyasətçi Erik Zemmur “Əl-İttihad”ın fransız hücumçusu Kərim Benzemanı tənqid edib.
Sportal.az xəbər verir ki, “Footmercato”ya açıqlama verən fransalı Benzemanın Fələstinə dəstək verməsi barədə bunları deyib:
"Biz bilirik ki, Benzema Fransa millisində təsadüfən, pul və idman nəticələri üçün oynayıb. Bunu o özü deyib. Ruhən özünü fransız kimi hiss etmir. O, ölkəmizi heç vaxt sevməyib. Kərim şəriəti tətbiq etmək istəyən müsəlmandır".
Xatırladaq ki, bundan əvvəl Fransanın daxili işlər naziri Cerald Darmanin “Əl-İttihad”ın hücumçusu Kərim Benzemanı terror təşkilatı ilə əlaqədə olmaqda ittiham etmişdi. Daha sonra hücumçunun vəkili futbolçunun Darmaneni məhkəməyə verə biləcəyini bildirib. Bundan əvvəl Benzema İsraillə hərbi münaqişə fonunda Fələstin xalqına dəstəyini göstərmişdi.
saytlarin hazirlanmasi