Türkiyə Super Liqasında 9-cu turun oyunlarından əvvəl İsrailin hücumu nəticəsində həlak olmuş Fələstin sakinlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunacaq.
Sportal.az xəbər verir ki, "Antalyaspor"da çıxış edən israilli futbolçular bu səbəbdən oyunu baykot ediblər.
Ramzi Safuri və Saqiv Jehezkel bu gün "Qaziantep"lə keçiriləcək qarşılaşmada iştirak etməyəcəklər. Onlar bununla bağlı sosial şəbəkə hesablarında açıqlama paylaşıblar.
saytlarin hazirlanmasi