"Bayer"in forvardı "Qarabağ"la matça qədər hazır olacaq

10:17 - 22 Oktyabr 2023

"Bayer"in hücumçusu Patrik Şik Avropa Liqasının qrup mərhələsində "Qarabağ"a qarşı keçiriləcək matça qədər hazır olacaq.

Sportal.az "Bild"ə istinadən xəbər verir ki, Çexiya millisinin hücumçusu hələ mart ayında zədələnmişdi, ancaq bir müddət əvvəl ümumi qrupa qayıtmışdı. Şik Bundesliqanın 8-ci həftəsinin “Volfsburq”la matçının heyətinə daxil edilsə də, meydana buraxılmayıb.

Forvard hazırda fərdi olaraq da "Qarabağ"la oyuna hazırlaşır. “Bayer" - "Qarabağ" oyunu oktyabrın 26-da Leverkuzendəki "BayArena" stadionunda keçiriləcək və görüşə Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.

Xəbər xətti