Premyer Liqa klubunun legioneri Braziliya mətbuatına danışdı: "Qəbələ"də hamı məni yaxşı qarşıladı"

10:59 - 22 Oktyabr 2023

"Qəbələ"nin braziliyalı müdafiəçisi Lukas Afriko bölgə klubunda necə qarşılanmasından danışıb.

Sportal.az xəbər verir ki, "Esporte News Mundo”ya danışan təcrübəli futbolçu Azərbaycan Premyer Liqasındakı performansına da toxunub:

"Qəbələ"də hamı məni çox yaxşı qarşıladı. Bu detala sahib olmaq çox vacibdir. Çünki mənə lazım idi və belə olacağını da bilirdim. Allah həmişə mənimlədir, heç vaxt məni tərk etmir. Çalışmağa davam edəcəm. Komandaya əlimdən gələn qədər kömək olmaq niyyətindəyəm. Mövsüm boyu yaxşı nəticələr əldə etmək istəyirik. Hələ çox işimiz var, dayana bilmərik".

Qeyd edək ki, Afriko yayda "Eştoril"dən ayrılaraq "Qəbələ"yə keçmişdi.

Mirbağırağa
 

Xəbər xətti