"Turnir cədvəlindəki hazırkı mövqeyimiz bizi razı salmır. Daha çoxunu istəyirik. Meydana çıxdığımız matçlarda da daha yaxşı nəticəyə layiq olmuşuq. Sadəcə ilk dövrədə belə alındı".
Bu sözləri Sportal.az saytına açıqlamasında Bilel Auaşeriya deyib.
"Qəbələ"nin aparıcı üzvü Premyer Liqanın 10-cu turunun "Araz-Naxçıvan"la görüşü haqda da danışıb. O, turnir cədvəlinin 4-cü pilləsində qərarlaşan rəqiblə oyun barədə bunları deyib:
"Araz-Naxçıvan” 14 xal yığıb və yaxşı da futbol nümayiş etdirib, uğurlu nəticə qazanıblar. Bərk və kompakt komandadır. Oyuna hazır olmalıyıq. İlk dövrədə onlara 0:2 hesabı ilə uduzmuşduq. Qol epizodlarında daha effektli olmuşdular. Lakin həmin matç geridə qalıb. İnanıram ki, bu dəfə bizim uğurlu nəticə istəyimiz reallaşar".
Mirbağırağa