“Bavariya” və Kanada millisinin müdafiəçisi Alfonso Deyvis yayda karyerasında dəyişiklik etməyi planlaşdırır.
Sportal.az “Bild”ə istinadən xəbər verir ki, müdafiəçi “Real”a keçə bilər. “Kral klubu” onun üçün qarşı tərəfə 40 milyon avro ödəməyi planlaşdırır.
Amma Münhen klubu daha çoxunu istəyir. Madrid təmsilçisi isə transfer üçün 50 milyondan artıq pul xərcləmək fikrində deyil. Tərəflər razılıq əldə edərsə, yayda transfer gerçəkləşəcək. Futbolçunun özü isə İspaniya nəhənginin formasını geyinmək niyyətindədir.
Deyvisin “Bavariya” ilə müqaviləsi 2025-ci il iyunun 30-na qədər qüvvədədir.