"Samtrediya"da icarə əsasında çıxış edən Abdulla Xaybullayev Gürcüstanda qalmayacaq.
Sportal.az saytına verilən məlumata görə, yarımmüdafiəçi karyerasını Samtrediya təmsilçisinin heyətində davam etdirmək fikrində deyil.
Onun adıçəkilən klubla icarə müqaviləsi 2024-cü il yanvarın 1-ə qədərdir. Bundan sonra isə o, müqavilə ilə məxsus olduğu "Sabah"a qayıdacaq.
Qeyd edək ki, U-21 yığmamızın sabiq üzvü bu ilin yanvar ayında "Samtrediya"ya bir illik icarəyə verilmişdi.
saytlarin hazirlanmasi