Rusiya millisinin Keniyadan sonra Afrikanın daha bir təmsilçisi ilə oynamaq ehtimalı ortaya çıxıb.
Sportal.az xəbər verir ki, şimal qonşularımız bu dəfə Uqanda ilə qarşılaşa bilər.
Bu ölkənin təhsil və idman naziri Peter Oqvanq Uqanda millisinin Rusiya ilə qarşılaşmasını istəyir. O, bununla bağlı qısa açıqlama da verib:
"Bu doğrudur! Mən Uqanda və Rusiya milliləri arasında yoldaşlıq oyununun keçirilməsini görmək istərdim. Sizin ölkəniz mənim ölkəmdir. Bizim SSRİ dövründən qalan tarixən yaxşı münasibətlərimiz var".
Qeyd edək ki, bir həftə əvvəl Türkiyədə keçirilmiş Keniya - Rusya matçı 2:2 hesabı ilə başa çatmışdı.