İtaliya A seriyasında tarixə keçdi

16:20 - 22 Oktyabr 2023

"İnter"in qapıçısı Yann Zommer İtaliya A seriyasında 6-cı matçını qol buraxmadan keçirib.

Sportal.az “Tuttosport”a istinadən xəbər verir ki, isveçrəli 1994/95 mövsümündən sonra İtaliya çempionatının yüksək divizionunun ilk 9 turunda qapısını təmiz saxlayan üçüncü qapıçı kimi tarixə düşüb.

Belədə, o, "Roma"nın keçmiş qapıçıları Kristiano Lupatelli (1999/00, 2000/01) və Alissonla (2017/18) eyni göstəriciyə imza atmış olub. 34 yaşlı 2023-cü il avqustda "İnter"ə keçib və o, 2026-cı il iyunun 30-na qədər "nerazzura"ya məxsusdur.
 

Xəbər xətti