Türkiyədə Superliqada 9-cu tura yekun vurulub.
Sportal.az xəbər verir ki, Azərbaycan milli komandasının qapıçısı Şahruddin Məhəmmədəliyevin formasını geyindiyi “Adana Dəmirspor” səfərdə “Fatih Karagümrük”lə qarşılaşıb.
Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb – 2:0.
Məhəmmədəliyevin adı sifariş ərizəsində olsa da, meydana buraxılmayıb. “Adana Dəmirspor” 17 xalla 3-cü pillədədir.