Avropa Liqasının H qrupunda "Qarabağ"ın rəqibi olan İsveçin "Hekken" klubu gənc müdafiəçini sıralarına qatıb.
Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, "arılar" İsak Brusberqlə 3 illik müqavilə imzalayıb.
17 yaşlı futbolçu "Hekken" futbol akademiyasın da yetirməsidir.
Qeyd edək ki, "Hekken" və "Qarabağ" klublarının ilk oyununda Ağdam təmsilçisi 1:0 hesabı ilə qalib gəlib.