"Barselona" icarəyə götürdüyü "Mançester Siti"nin yarımmüdafiəçisi Joao Kanselonun transfer hüquqlarına yiyələnmək istəyir.
Sportal.az "Marca"ya istinadən xəbər verir ki, kataloniyalılar artıq bu barədə futbolçunun agenti Xorxe Mendesə məlumat verib.
Klub keçidi tez bir zamanda həll etməyə çalışır. “Şəhərlilər” isə yeni icarə variantını nəzərdən keçirmir. Onlar portuqal üçün ən azı 50 milyon avro qazanmağı planlaşdırır.