"Albaniyada işlərim çox yaxşı gedir. Düzdür, son matçda az oynadım. Amma bu, səhhətimlə bağlı idi. Hərarətim var idi deyə, meydanda az oynaya bildim. Lakin matçda olduğum dəqiqələrdə komandaya kömək etməyə çalışdım".
Bu sözləri Sportal.az saytına açıqlamasında “Eqnatiya”nın futbolçusu Vüsal İsgəndərli deyib. O, Albaniya çempionatında turnir cədvəlinə rəhbərlik edən komandasının çıxışından və çempionluq şanslarından danışıb:
“Bəli, hazırda komandam birinci pillədədir. Hər qələbədən sonra inam daha da artır. "Partizan"la mübarizə daha qızğın gedir. Ancaq digər komandalar da var ki, onlara qarşı oynamaq asan deyil. Ümid edirəm ki, bu mövsüm "Eqnatiya"nın heyətində çempionluq qazanacam. İnanıram ki, Albaniyada çempionluq yaşamış ilk azərbaycanlı olacam".
Legioner həyatı yaşasa da, Canni De Byazinin milliyə dəvət etmədiyi futbolçu məsələ haqda bunları deyib: "Azərbaycan millisinə dəvət edilməmək məsələsinə gəlincə, məncə, bu məsələ haqda artıq çox danışmağa dəyməz. Təbii ki, hər dəfə dəvət gözləyirəm. Amma yenə dəvət gəlmir. Nə vaxt gəlsə, milliyə qoşulacam. Gəlmir, mən də klubumdakı çıxışına köklənmişəm".
Mirbağırağa
saytlarin hazirlanmasi