Qazaxıstanda ölkə çempionunun adına aydınlıq gəlib.
Sportal.az xəbər verir ki, “Ordabası” 25-ci turda “Şaxtyor”u (Karaqanda) 3:1 hesabı ilə məğlub edərək aktivindəki xalların sayını 58-ə yüksəldib və sona bir tur qalmış “Astana”nı altı xal qabaqlayıb.
Belədə, “Ordabası” tarixi ərzində ilk dəfə ölkə çempionluğunu yaşayıb.
Adıçəkilən klub Qazaxıstanı Çempionlar Liqasının təsnifat mərhələsində təmsil edəcək və bu mövsüm Azərbaycan çempionu olacaq komandanın potensial rəqibləri arasında yer alacaq.
saytlarin hazirlanmasi