Rusiya millisi növbəti il üçün yoxlama görüşləri keçirəcək.
Sportal.az “Matç TV”yə istinadən xəbər verir ki, Valeri Karpinin rəhbərlik etdiyi kollektiv rəqib tapmaqda çətinliklər yaşayır. Şimal qonşularımız FİFA reytinqində aşağı pillələrdə qərarlaşan komandalarla oynamağa məcbur qalıb.
Rusiya Futbol Federasiyası 2024-cü il üçün Sudan və Seyşel adaları yığmaları ilə yoxlama görüşləri keçirmək variantını nəzərdən keçirir. Bundan əvvəl Seneqal, Qabon və Zanzibar milliləri ilə oyunların keçirilə biləcəyinin də mümkün olduğu açıqlanmışdı.
Artıq bu ölkələrin futbol federasiyalarının nümayəndələri RFF-nı ziyarət edb. Görüşlərin dəqiq tarixi və məkanı hələ ki, müzakirə edilməyib.
saytlarin hazirlanmasi