UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində oktyabrın 26-da, TSC Arenada keçiriləcək “Baçka Topola” (Serbiya) – “Frayburq” (Almaniya) qarşılaşmasının baş hakimi Əliyar Ağayev olacaq.
Sportal.az AFFA-ya istinadən xəbər verir ki, ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər.
Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək. Oyunun VAR hakimləri türkiyəli Alper Ulusoy və Abdulkadir Bitigendir.
saytlarin hazirlanmasi