"Şaxtyor"un yeni baş məşqçisinin kimliyinə aydınlıq gətirilib.
Sportal.az xəbər verir ki, söhbət Marino Pusiçdən gedir. O, son olaraq “Feyenoord”da köməkçi məşqçi vəzifəsində çalışıb.
Tərəflər arasında razılıq əldə edilib. Bir müddət idi ki, Donetks klubunda baş məşqçinin funksiyalarını Dario Srna yerinə yetirirdi.
52 yaşlı bosniyalı mütəxəssis "NAK Breda", "AZ Alkmaar"da köməkçi, "Tvente"də baş məşqçi kimi işləyib.
saytlarin hazirlanmasi