Braziliyanın "İnternasyonal” klubunda çıxış edən "Spartak"ın sabiq hücumçusu Luis Adriano Rusiyaya qayıda bilər.
Sportal.az Braziliya mətbuatına istinadən xəbər verir ki, forvard özü də buna hazır olduğunu açıqlayıb:
"İnternasyonal"la müqaviləm bitəndən sonra, Rusiyaya qayıtsam, şad olaram. Bu ölkəni çox bəyənirəm, orada çoxlu dostlarım var. Ona görə də yenidən Rusiyada oynamaq istəyərdim".
Luiz Adrianonun hazırkı komandası ilə müqaviləsi 2023-cü ilin sonuna kimidir.
36 yaşlı forvard karyerası ərzində "Şaxtyor"(Donetsk), "Milan", "Palmeyras", "Spartak"(Moskva), "Antalyaspor"da çıxış edib.
saytlarin hazirlanmasi