İtaliya A seriyasında sentyabrın ən yaxşı futbolçusunun adına aydınlıq gəlib.
Sportal.az xəbər verir ki, bu ada “Milan”ın hücumçusu Rafael Leao layiq görülüb.
O, səsvermədə hamını qabaqlayıb.
Portuqaliyalı ötən ay 5 matçda 3 qol vurub, 2 məhsuldar ötürmə edib.