Avrokubokda debüt edən kişi voleybolçulardan ibarət “Xarı bülbül Şuşa” klubu bu gün ilk görüşünü keçirib.
Sportal.az xəbər verir ki, Çelenc kubokunun 1/32 final mərhələsində komandamızın rəqibi Slovakiyanın “TJ Spartak MYJAVA” klubu olub.
GİN-nin Voleybol Mərkəzində baş tutan birinci qarşılaşmada Şuşa təmsilçisi qonaqları hər üç setdə məğlub edərək matçın qalibi olub.
Çelenc kuboku
1/32 final (1-ci oyun)
“Xarı Bülbül Şuşa” - “TJ SPARTAK MYJAVA” 3:0 (25:23, 25:21, 27:25)
Qeyd edək ki, komandalar arasında cavab qarşılaşması tərəflərin razılığına əsasən sabah yenə Bakıda keçiriləcək. Görüş saat 18:00-da start götürəcək.
saytlarin hazirlanmasi