Avropa Liqasında həftənin ən yaxşı futbolçusu adına namizədlər bəlli olub.
Sportal.az xəbər verir ki, Rayan Qravenverx("Liverpul"), Volf Eikrem ("Molde"), "Vinçentso Qrifo ("Frayburq") və "Qarabağ"la görüşdə 1 qol, 3 məhsuldar ötürmə ilə yadda qalan Florian Virts ("Bayer") siyahıda özünə yer edib.
UEFA-nın rəsmi saytında keçiriləcək səsvermədən sonra qalibin adı dəqiqləşəcək.
Qeyd edək ki, "Qarabağ" "Bayer"lə matçda 1:5 hesabı ilə uduzub.
saytlarin hazirlanmasi