"Milan"ın baş məşqçisi Stefano Pioli postunda qalacaq.
Sportal.az “La Gazzetta dello Sport”a istinadən xəbər verir ki, "rossonyerlər"in rəhbərliyi onunla yollarını ayırmaq haqda düşünmür.
Çempionlar Liqasındakı uğursuz çıxışlarından sonra Piolinin müqaviləsinə xitam veriləcəyi gözlənilirdi. Amma rəhbərlik 58 yaşlı mütəxəssisi dəstəkləmək qərarına gəlib və onu istefaya göndərməyəcək.
Pioli 2019-cu il oktyabr ayından “Milan”ı çalışdırır və onun müqaviləsi 2025-ci il mövsümün sonuna qədər qüvvədədir.
saytlarin hazirlanmasi