"Mançester Siti" Xulian Alvaresi satmağa hazırdır.

Sportal.az "Football Insider"ə istinadən xəbər verir ki, “şəhərlilər”in hansı qiymətə forvardla yollarını ayırmağa hazır olduğunu açıqlayıb.

Mançester təmsilçisi argentinalı üçün 80 milyon funt-sterlinq tələb edəcək.

Argentina millisinin heyətində dünya çempionu olan Xulianla “Real”(Madrid) və “Barselona” klubları maraqlıdır.

22 yaşlı hücumçu 2022-ci il yanvar ayında "River Pleyt"dən "Mançester Siti"yə keçib.