"Qarabağ" Avropa Liqasının qrup mərhələsinin 3-cü turundan sonra bir sıra statistik göstəricilərə görə liderlər qrupunda qərarlaşıb.
Sportal.az xəbər verir ki, Ağdam təmsilçisi hələ də qapısının toxunulmazlığına görə ən yaxşı komandalar sırasındadır.
Belə ki, “Slaviya”, “Roma”, “Reyncers” və “Panatinaikos” kimi qol buraxmadan iki matç keçiriblər. Həmçinin, “Qarabağ” topa sahib olmaqda ilk “beşliy”i qapayır (125).
Lider isə Belçikanın “Union” (134) klubudur.Bundan əlavə, Julio Romao Serbiyanın "Baçka Topola" klubunun yarımmüdafiəçisi Milan Radinlə (hər biri 12) birlikdə mübarizələrdə top almaq sayına görə 2-3-cü yerləri bölüşür. Lider isə “Aris”in futbolçusu Julius Sokedir (13).
saytlarin hazirlanmasi