"Sumqayıt"ın legioneri iki ay oynamayacaq

13:34 - 27 Oktyabr 2023

"Sumqayıt"ın müdafiəçisi İsa Suliman əməliyyat olunub. 

Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Azərbaycan Premyer Liqasının X turunun “Sabah”la oyununda zədələnən pakistanlı futbolçuya menisk yırtığı diaqnozu qoyulub.

Türkiyənin paytaxtı Ankara şəhərindəki “Acıbadem” xəstəxanasında tanınmış cərrah Prof.Dr. Mehmet Serdar Binnet tərəfindən aparılan əməliyyat uğurlu keçib. Artıq bu gün Sumqayıta dönəcək müdafiəçinin reabilitasiyasına burada davam ediləcək. Onun ən gec iki ay ərzində yenidən tam gücü ilə çalışmalara başlayacağı gözlənilir.

Xəbər xətti