Azərbaycan milli komandasının forvardı Renat Dadaşovun formasını geyindiyi "Hatayspor" bu gün Türkiyə Superliqasında növbəti matçını keçirəcək.
Sportal.az xəbər verir ki, Dadaşovun komandası 10-cu turda "Kayserispor"la qarşılaşacaq. Qarşılaşmaya 21:00-da start veriləcək.
"Hatayspor" 9 turdan sonra 14 xalla 7-ci pillədədir. "Kayserispor" isə 9-cu pillədə qərarlaşıb.
Dadaşov bu mövsüm meydana çıxdığı beş matçda iki qol vurub.
saytlarin hazirlanmasi