Macarıstan klubunun baş məşqçisi: "Heyf ki, uşaqlar bacarmadı"

19:17 - 27 Oktyabr 2023

"Puşkaş Akademiyası"nın 19 yaşlı futbolçulardan ibarət heyətinin baş məşqçisi İştvan Kertvelieşli Gənclər Liqasının 1-ci turunun cavab oyununda “Qəbələ”yə məğlubiyyəti (0:1) şərh edib (ilk oyun – 1:1).

Sportal.az "Nemzeti Sport"a istinadən xəbər verir ki, macarıstanlı mütəxəssis həmin oyunla bağlı bunları deyib:

"Mən çox məyus olmuşam. Çünki həlledici matça çıxmışdıq. Çoxlu qol vurmaq üçün təhlükəli vəziyyətlər yaratdıq, son dəqiqələrdə rəqib təhlükəli zərbəni dəf etdi. Oyunumuz istədiyimiz kimi alınmadı. Ona görə də oyunçular mövqelərini dəyişə bilmirdilər. Uşaqlar kifayət qədər yüksək səviyyədə çıxış etdilər. Onlar əvvəllər belə matçlar keçirmişdilər, biz də onlara təzyiq etmirdik, amma daha da irəli getmək üçün vacib matç idi. Heyf ki, uşaqlar bacarmadı. Axı bu, təkcə bir matç deyil, həm də komandanın bir illik əməyinin nəticəsi idi".

Xəbər xətti