"Nyukasl" qeyri-qanuni mərc oynamaqda ittiham olunan italiyalı yarımmüdafiəçi Sandro Tonalinin yerinə namizədləri müəyyənləşdirib.
Sportal.az “The Athletic”ə istinadən xəbər verir ki, İngiltərə klubunun rəhbərliyi həmin mövqeyə namizədlərin siyahısını tərtib edib.
Belə ki, İngiltərə klubunun Kelvin Fillips (“Mançester Siti”), Skott Maktominey (“Mançester Yunayted”), Joao Palinya (“Fulhen”) və Amadu Onanadan (“Everton”) birini transfer etmək niyyətində olduğu bildirilir.
Qeyd edək ki, oktyabrın 26-da Sandro Tonalinin mərc oynadığı bəlli olub və o, 10 ay müddətinə futboldan kənarlaşdırıb. Tonali son transfer pəncərəsində 64 milyon avroya "Milan"dan "Nyukasla" keçib. Futbolçunun klubu ilə müqaviləsi 2028-ci ilin iyunun sonuna kimi qüvvədədir.
saytlarin hazirlanmasi