Ukraynada "Obolon" formasını geyinən Dmitri Nağıyev hələ də Azərbaycan millisində oynamaq istəyindədir.
Sportal.az saytına açıqlama verən U-21 yığmamızın üzvü bunun üçün çalışdığını söyləyib. O, Canni De Byazinin diqqətini çəkmək fikrində olduğunu deyib:
"Ukraynadakı işlərim pis getmir, "Obolon"un heyətində matçlara çıxıram. Bu komandada özümü xoşbəxt hiss edirəm. Milli komandaya gəlincə, istənilən futbolçu kimi mən də yığmaya dəvət olunmaq niyyətindəyəm. Bunun üçün hər şeyi edirəm. Milliyə dəvət olunub-olunmamaq Canni De Byazininin biləcəyi işdir. Mən özüm yığmaya cəlb olunmaq üçün üçün çalışıram Azərbaycanın əsas millisində oynamaq istəyirəm".
saytlarin hazirlanmasi