"Real"ın keçmiş futbolçusu Quti komandanın yarımmüdafiəçisi Cud Bellinqhemi dünyanın ən yaxşı futbolçusu hesab etdiyini bildirib.
Sportal.az xəbər verir ki, "kral klubu"nun sabiq futbolçusu "El Chiringuito"ya açıqlamasında ingilis futbolçunun "qızıl top" qazanmaq şanslarından da söz açıb:
"Tərəddüd etmədən deyəcəm ki, Bellinqem hazırda dünyanın ən yaxşısı futbolçudur. "Qızıl top" mükafatı? Problem ondadır ki, bu, ən yaxşı qol vuranlara verilir. Ona görə də o, bu mükafatı almaq üçün bütün il ərzində qol vurmalı olacaq".
Bellinqem 2023-cü ilin iyulunda “Borussiya”dan (Dortmund) “Real”a keçib. Transfer məbləği 103 milyon avro olub. Onun madridlilərlə müqaviləsi 2029-cu ilin yayına kimi nəzərdə tutulub.
saytlarin hazirlanmasi