“Zenit”in keçmiş futbolçusu, hazırda "Əl-Hilal"da çıxış edən Malkom həmyerlisi Neymarla birlikdə oynamasından danışıb.
Sportal.az xəbər verir ki, “Ariyadhiah”a açıqlama verən 26 yaşlı futbolçu Braziliya millisinin kapitanı haqda fikirlərini söyləyib:
"İndi Neymarla daha da yaxınıq. O, böyük insandır, görkəmli şəxsiyyətdir. Neymar mənə çox kömək edir. Bizdən daha təcrübəli olan birindən öyrənirik. Onu yaxından izləmək və onunla eyni komandada olmaq mənim üçün böyük şərəfdir".
Malkolm bu il “Zenit”i Səudiyyə Ərəbistanı klubuna dəyişib.
saytlarin hazirlanmasi