Azərbaycan millisi səfərdə qalib gəldi

19:34 - 27 Oktyabr 2023

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası UEFA Millətlər Liqası çərçivəsində bu gün növbəti oyununu keçirib.

Sportal.az AFFA-ya istinadən xəbər verir ki, səfərdə Farer adaları yığması ilə qarşılaşan millimiz 2:1 hesabı ilə qələbə qazanıb. Komandamızın qollarını 30-cu dəqiqədə Kristina Bakaranadze və 50-ci dəqiqədə Manə Mollayevə vurub.

Millimiz Millətlər Liqasında növbəti oyununu oktyabrın 31-də Bakıda Monteneqro yığmasına qarşı keçirəcək. Qarşılaşma saat 16:00-da başlayacaq.

Xəbər xətti