17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çemponatnın seçmə mərhələsində bu gün son oyununu keçirib.
Sportal.az xəbər verir ki, Lüksemburqun müvafiq yaş qrupundan ibarət komandasına qarşı matç 1:1 hesabı ilə nəticələnib.
Millimizin qolunu qarşılaşmanın 51-ci dəqiqəsində Tuncay Əhmədov vurub.
Bundan əvvəl Füzuli Məmmədovun rəhbərlik etdiyi kollektiv Serbiya (1:5) və Sloveniyaya (0:3) uduzub.
saytlarin hazirlanmasi