Bolqarıstan çempionatın 15-ci turunun bir sıra oyunları baş tutub.
Sportal.az xəbər verir ki, Azərbaycan milli komandasının müdafiəçisi Cəlal Hüseynovun formasını geyindiyi “Arda” səfərdə ÇSKA ilə üz-üzə gəlib.
Qarşılaşma qolsuz bərabərliklə yekunlaşıb. Hüseynov 79-cu dəqiqədə meydana daxil olub, 90+2-ci dəqiqədə isə sarı vərəqə ilə cəzalandırılıb. Hazırda “Arda” 24 xalla 6-cı pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi