"Arsenal"ın forvardı Qabriel Jezus sıradan çıxıb.
Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, braziliyalı əzələ zədəsi səbəbindən bir neçə həftə yaşıl meydanlardan kənar qalacaq.
O, Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunun “Sevilya” ilə oyununda (2:1) zədələnərək 81-ci dəqiqədə əvəzlənmişdi.
26 yaşlı forvard bu mövsüm meydana çıxdığı 7 matçda 1 qol vurub.
saytlarin hazirlanmasi